31 Dekabr 2017 19:17
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtomobilləri qaçıran, həmin nəqliyyat vasitələrini sökərək ehtiyat hissələri şəklində satan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbə sakini Emin Qurbanov polis bölməsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Ramazanov saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Xətai, Suraxanı və Nizami rayonlarında da analoji cinayətlər törətməsi, ümumilikdə 7 avtomaşını qaçırdığı məlum olub.

A.Ramazanov ifadəsində həmin nəqliyyat vasitələrinin akkumlyatorlarını və digər hissələrini sökərək satdığını bildirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər