Bakının Nəsimi rayonu ərazisində quldurluq cinayəti baş verib.
Teleqraf.com xəbər verir ki, kafelərdən birinə gəlmiş naməlum şəxs oranın sahibi olan qadını bıçaqla hədələyib və 150 manat verməsini tələb edib.
Quldurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Elcan Tağızadə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.