Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki kafelərin birindən 2000 manat pul, noutbuk və spirtli içki oğurlanıb.
Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İsrafil Mustafayev və Əliheydər Mehdiyev saxlanılıblar.