Şəmkir rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Alabaşlı kənd sakini, 1995-ci il təvəllüdlü Cəfər Aslanov güllə xəsarəti ilə xəstəxanaya gətirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, Cəfər Aslanov ehtiyatsızlıqdan odlu silahdan atəş açaraq, özü-özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.