4 Avqust 2014 12:42
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonu Sərkar kəndinin ərazisində qətl hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhər sakini Səyyad Bədəlovun qətlə yetirilmiş meyiti özünə məxsus “VAZ-21015” markalı avtomobilin yük yerində aşkar edilib.

Samux rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Bağırov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.

Hacı Zeynalov


Müəllif: