Beyləqan rayonunda ölümlə nəticələnən silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, Dünyamalılar kəndində 1980-ci il təvəllüdlü Muxtar Mustafayev həmkəndlisi, 1991-ci il təvəllüdlü Əli Bayramovu güllələyib.
O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Məlum olub ki, hadisə qisqanclıq zəminində baş verib. Əli Bayramov Muxtar Mustafayevin yaxın qohumuna sataşıb. Buna görə də onların arasında mübahisə yaranıb.
Evdən ov tüfəngini götürən Muxtar Mustafayev dünən axşam saatlarında həmkəndlisi ilə hesablaşmağa gedib. Əli Bayramovu qətlə yetirdikdən sonra hadisə yerindən qaçan Muxtar Mustafayev həbs edilib.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.