4 Avqust 2014 17:35
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini xüsusi amansızlıqla öldürməyə cəhd edən Məqsəd Babayevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, bu ilin yanvarın 9-da 30 yaşlı Məqsəd Babayev Nərimanov rayonu ərazisində qeyri-rəsmi şəkildə münasibətdə olduğu 26 yaşlı qadını qanına qəltan edib.


Hadisə dəmir yolunun ərazisində baş verib. Orada 1984-cü il təvəllüdlü Məqsəd Badayev gəzdiyi 1987-ci il təvəllüdlü Mətanət Ərəbovanı bir neçə yerdən bıçaqlayıb. Qadın qan içərisində relslərin arasına yıxılıb. Onu bıçaqlayan sevgilisi isə aradan çıxıb. Qadını hadisə şahidləri tapıblar. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Mətanət Ərəbova uzun müddət Məqsəd Badayevlə sevgili olublar. Hətta onların bu məhəbbətdən bir övladları da var. Qadını qanına qəltan edərək hadisə yerindən qaçan kişi sonradan polislə əlaqə saxlayaraq təslim olacağını bildirib. Həmin gün Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tərəfindən Məqsəd Babayev tutulub.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Məqsəd Babayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər