19 Yanvar 2018 23:53
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 17-də Bakı şəhər sakini olan qadın Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət edərək evindən pul oğurlandığını bildirib.

Teleqraf.com xəbər verir ki, yaradılmış əməliyyat qrupu müvafiq tədbirlər həyata keçirib.

Araşdırmalarla mənzildən 5000 ABŞ dollarının ötən ilin noyabr ayının 28-dən dekabr ayının 20-dək olan müddətdə oğurlandığı məlum olub.

​Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xəyalə Vəliyeva saxlanılıb, istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər