Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Hökmdə qeyd olunub ki, Orxan Abdullayevin yol-nəqliyyat hadisəsi törədəndən sonra hadisə yerindən qaçması barədə istintaq orqanını gəldiyi nəticə sübuta yetirilməyib. Həmin maddə ilə ona bəraət verilib.
Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Orxan Abdullayev 5 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək.
Hadisə ötən il avqustun 24-də Xaçmaz rayonu ərazisində baş verib. Orxan Abdullayev etibarnamə olmadan “Daewoo Nexia” marklı 10 RL 160 dövlət nömrə nişanlı avtomobillə qəza törədib.
O, sükan arxasında yuxulayaraq idarəetməni itirib və avtomobili aşırıb. Maşında olan 1970-ci il təvəllüdlü İlqar Ələkbərov hadisə yerində ölüb. İstintaq sənədlərinə görə, Orxan Abdullayev sürkan arxasında içkili olub və hadisə yerindən qaçıb.
Xatırladaq ki, Orxan Abdullayevin atası Xusaməddin Abdullayev Qarabağ döyüşlərində şəhid olub.