Bakının Qaradağ rayon Polis İdarəsi 38-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 13-dən dekabrın 29-dək olan müddətdə rayon ərazisində oğurluq hadisələri törədən Bakı şəhər sakini Surxay Səfərov saxlanılıb.
O, Kamaz markalı avtomobildən akkumulyator, 2 daş karxanasından elektrik avadanlığı oğurlamaqda şübhəli bilinib.
Ondan heroin də götürülüb.