6 Fevral 2018 12:58
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda odlu silahla törədilən qətllə bağlı daha iki nəfər həbs edilib.

Teleqraf.com xəbər verir ki, polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Osman Abdullayevi güllələyərək qətlə yetirməkdə təqsirli bilinən Emin Həmidov və Nicat Quliyev tutulublar.

Qeyd edək ki, yanvarın 15-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş, 26 yaşlı Osman Abdullayev odlu silahla qətlə yetirilib.

Bu qətllə bağlı axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 24 yaşlı Həsən Məşədiyevin Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində gizləndiyi yer müəyyən edilib.

Onun tutulması məqsədilə əməliyyat tədbiri keçirilərkən Həsən Məşədiyev polis əməkdaşlarına silahlı müqavimət göstərdiyinə görə zərərsizləşdirilib.

1992-ci il təvəllüdlü Osman Abdullayev odlu silahla öldürülüb. Hadisənin qisas məqsədilə törədildiyi bildirilir.

Qətlə yetirilən Osman Abdullayev əvvəllər məhkumluq həyatı yaşayıb. O, 2008-ci ildə dostu Tural İbrahimovu öldürüb.

Yunan-roma güləşi üzrə idman ustalığına namizəd Osman Abdullayev bu əməlinə görə 8 il 6 ay həbs cəzası alıb və həbsxanada yatan gənc bir neçə il əvvəl həbsdən azad edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov