Bakının Nəsimi rayonunda narkotiklə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinin əməkdaşları Cəlilabad rayon sakini Tehran Abdullayevi həbs edib.
Ondan 1 kiloqram 15 qram heroin götürülüb.
Tehran Abdullayevin əvvəllər də eyni əmələ görə məhkum olunduğu üzə çıxıb.