Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, fevralın 16-na keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki parkların birindən oturacaqların metal hissələri sökülərək oğurlanıb.
24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Valeh Allahverdiyev və İsmayıl Bədəlli saxlanılıblar.