20 Fevral 2018 15:11
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilmiş daha iki nəfər - Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror Fərid Nağıyev ittiham aktını elan edib.

İttiham üzrə iki şəxsdən heç biri özünü təqsirli bilməyib.

Daha sonra onlara sərbəst ifadə vermək təklif edilib. Elxan İsgəndərov dindirilən zaman idman ustası olduğunu deyib. Sərbəst güləş üzrə bir neçə idman klublarında məşq keçdiyini söyləyən Elxan İsgəndərov qeyd edib ki, idmançıların beynəlxalq turnirlərdə nəticə əldə edib: “Mən Sabunçu Rayon Polis İdarəsinin qarşısında olmamışam. Həmin hadisələrdən xəbərim yoxdur".

Elxan İsgəndərov “Müsəlman Birliyi Hərəkatı”nın üzvü olduğunu deyib. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxs qeyd edib ki, Sabunçu rayon İcra Hakimiyyəti qarşısında saxlanılıb və barəsində 15 sutka həbs cəza verilib: “Nardaran hadisələri mən həbsdə olan zaman baş verib”.

O, qeyd edib ki, “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırovu namaz otağından tanıyıb.

Növbəti proses fevralın 23-də davam edəcək.

İttihama görə, Elxan İsgənədovun barəsində həbs qətimkan tədbiri Nardaran hadisələrindən sonra seçilib.

Digər təqsirləndirilən Əbülfəz Bünyatov iflic olub. Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər