Sabirabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları Həsənalı kənd sakini, əvvəllər məhkum olunmuş Təbriz Nuriyevi həbs edib.
Onun yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu zaman evdə gizlədilmiş, çəkisi 483 qram narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb.