24 Fevral 2018 23:27
2 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

21.40

Göygöldə bıçaqlanma olub.

Rayon sakini 1959-cu il təvəllüdlü Yusibova Mötəbər İslam qızı qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, M.Yusibova oğlu tərəfindən bıçaqlanıb. Oğlunun spirtli içki içməsinə etirazını bildirən qadın oğlu tərəfindən bıçaqlanıb./APA/

***

Göygöl şəhərində anasını bıçaqlayan şəxs saxlanılıb.

"Report"un Qərb bürosu xəbər verir ki, 1998-ci il təvəllüdlü Əsgərov Rauf Məhərrəm oğlu Göygöl rayon Polis şöbəsinə aparılıb.

Məlum olub ki, sözügedən qadın bir neçə il əvvəl həyat yoldaşı tərəfindən də bıçaqlanıb. O, həmin vaxt Göygöl rayon xəstəxanasında müalicə olunub. Bu dəfə isə qadını böyük oğlu bıçaqlayıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qadının iki oğlu var və onların hər ikisi spirtli içki aludəçisidir. Ailə başçısı rəhmətə getdikdən sonra onların dolanışıqlarında çətinliklər yaranıb və qadının hadisəni törədən oğlu da tez-tez anasından içki içmək üçün pul istəyirmiş. Bütün bunlardan təngə gələn ana növbəti belə bir hal yaşanan zaman oğlundan içkini tərgitməsini, hər dəfə ona verəcək pulunun olmadığını deyib. Lakin sərxoş halda olan oğul əsəbi şəkildə bıçağa əl ataraq onu vurub.

Hazırda Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsində əməliyyat olunan qadının vəziyyəti orta-ağırdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər