6 Mart 2018 11:35
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Elxan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elman Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Hökmə əsasən, Elxan Qasımovun cinayəti törədən zaman anlaqsız olması müəyyən edilib. Məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsi barədə qərar qəbul edib. O, müalicə alması üçün Ruhi Əsəb Dispanserinə göndərilib.

İttihama görə, Elxan Qasımov ötən il yanvarın 16-da həmyerlisi Kənan Qasımovun başına balta ilə vuraraq, onu öldürüb.

Əvvəllər məhkum olunmuş Elxan Qasımovun cinayəti törədən zaman anlaqsız olması müəyyən edilib.

İstintaq orqanı tərəfindən Elxan Qasımova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər