Şirvan şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər ərazisində evlərin birindən 500 manat, qızıl və məişət əşyaları oğurlanması barədə Şirvan şəhər polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Emin Abdullayev tutulub.
Faktla bağlı cinayət işi başlanıb.