12 Mart 2018 11:55
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 12000 manat və 4000 manat dəyərində qızıl əşyaları oğurlanıb.

Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin nəvəsi saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov