12 Mart 2018 20:28
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda qadının şantaj olunması barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, martın 9-da Bakı şəhər sakini Aynurə Babayeva (ad- soyad şərtidir – red.) Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə ərizə ilə müraciət edib.

O, 2017-ci ilin mart ayından cari il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələdiyini deyib. Qeyd edib ki, Miryusif Məmmədov şantaj hesabına ondan 5140 manat və 4000 dollar alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Miryusif Məmmədov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov