Bakının Suraxanı rayonunda qadını şantaj edən kişiyə cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Yaqub Zalov Zoya Vəliyeva (ad və soyad şərti verilib – red.) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.
O, həmin rüsvayedici məlumatları sosial şəbəkədə yaymaq üçün Zoya Vəliyevadan külli miqdarda pul verməsini tələb edib.
Zoya Vəliyeva intim şəkillərinin yayılmaması üçün Yaqub Zalova 5100 manat verib.
Yaqub Zalov bundan sonra da Zoya Vəliyevanı şantaj etməkdə davam edib. Nəhayət, qadın şantaj olunması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə məlumat verib.
Polisin keçirdiyi əməliyyat nəticəsində Yaqub Zalov Zoyadan 500 manat alarkən yaxalanıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.