14 Mart 18:58

Ağdaş rayonunda oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən televizor, soyuducu, paltaryuyan maşın, DVD, tozsoran, 5 çılçıraq, 2 kreslo, 2 xalça, 2 peyk antenası və digər məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi və Ağdaş rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Nəbiyev saxlanılıb.

Üzərinə şəxsi baxış zamanı ondan 2,36 qram tiryək götürülüb.

İstintaq araşdırması zamanı məlum olub ki, Səbuhi Nəbiyev əvvəllər quldurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov
Загрузка...