8 Avqust 2014 12:56
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, baş verən yol qəzaları nəticəsində 10 nəfər ölüb, 14 nəfər yaralanıb. Ən ağır yol qəzası Sabirabad rayonunda baş verib. Sabirabad rayonu Qaragüney kəndinin ərazisində Saatlı rayon sakini Oqtay Əkbərovun idarə etdiyi “VAZ-21144” və Bakı şəhər sakini Xalıqverdi Allahverdiyevin idarə etdiyi “Toyota Prado” markalı avtomobillər toqquşub. O.Abbasov və X.Allahverdiyevin sərnişini, Bakı şəhər sakini Zakir Surxayov ölüblər.

Cəlilabad rayonunda baş verən qəzada 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Saatlı və Qəbələ rayonunda da ölümlə nəticələnən qəzalara baş verib.

Hacı Zeynalov


Müəllif: