8 Avqust 2014 13:23
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda bağ evindən oğurluq edən həbs edilib.

Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, Aqil Abbasova məxsus bağ evindən 140 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ramiz Əliyev tutulub. Ondan 0,227 qram heroin götürülüb. Ramiz Əliyev əvvəllərdə məhkum olunub.


Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: