İsmayıllı rayonunda bayram şənliyi zamanı faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Lahıc qəsəbəsində bayram şənliyi zamanı Ərəgit kənd sakini, 1988-ci il təvəllüdlü Tərlan Tağıyev xəsarət alıb.
O, Lahıc qəsəbəsində bayram tədbiri zamanı kustar üsulla hazırladığı “Dayandoldurum” adlandırılan ov tüfənginə barıt və qırma dolduraraq havaya atəş açmaq istəyib.
Bu zaman ehtiyatsızlıq edib və tüfəng onun əlində partlayıb. Qaynaq yerindən partlayan tüfəng Tərlan Tağıyevin əl və üz nahiyəsindən ağır xəsarət almasına səbəb olub. O, təcili xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.