25 Mart 2018 18:57
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, martın 23-də Binəqədi rayonunun Hökməli qəsəbəsi ərazisində “Azərişıq” ASC-nin Xırdalan Enerji və Satış idarəsinə məxsus yeni çəkilmiş, lakin istifadəyə verilməmiş yeraltı kabelin 2000 metrlik hissəsi kəsilərək oğurlanıb.

40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Nicat Vəliyev saxlanılıb.

Bundan başqa, martın 22-də Biləcəri qəsəbəsi ərazisində avtobusda olan sərnişin- Bakı şəhər sakini Ş.Quliyevaya məxsus içərisində 530 manat olan pul kisəsi oğurlanıb.

6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Bağdagül Səfərova saxlanılıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi və Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən martın 22-də Bakıxanov qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Nuriyev saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər