30 Mart 2018 00:04
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Şəmkir rayon sakini Hüseyn Alıyev Kəpəz rayon Polis İdarəsinə müraciət edərək Dəliməmmədli Dəmir Yolu Stansiyası ərazisində cibindən bankomat kartının oğurlandığını və Xaçmaz rayonu ərazisində həmin kartdakı hesabından 405 manat pulun çıxarıldığını bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilib. Oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Samux rayon sakini İbrahim Məmmədov olduğu müəyyən edilib.

​Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər