30 Mart 2018 11:33
1 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda ad gü­nündə qanlı cinayət törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Cəlal Novr­uzbəyovanın cinayət işi üzrə məhkəmə pro­sesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Cəlal Novruzov 30 avqust 2017-ci ildə saat 3 radələrində Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində mə­clisdə yaranmış mübahisə zəm­inində həmkəndlisi Fariz Şahbalayevi əvv­əlcə taksinin içərisində yumruqla vurub, daha sonra ülgüclə bir neçə dəfə sifət nahiyəsindən xəsarət yetirib.

Cəlal Novruzb­əyova qarşı Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) madd­əsi ilə ittiham elan edilib.

Cəlal Novruzbəyov ona elan olunmuş it­tiham üzrə özünü təqsir­li bilib. O, ifadəsi­ndə göstərib ki, avq­ustun 29-da saat 22 radələrində kənddəki kafe­yə girib: “Orada Far­izin və həmkəndlilər­imin yemək yedikləri­ni gördüm. Onlara ya­xınlaşdım, “sizinlə otura bilərəm?” deyə soruşdum. Əyləşməyimə razılıq verdilər.

Orada yeyib-içdikdən sonra başqa kafeyə getdik. Bu zaman tanımadığım bir şəxs mənə yaxınlaşdı, sonra isə bizimlə oturdu. Hə­min şəxsin adını xat­ırlamıram. Fariz həm­in oğlanın xətrinə dəydiyi üçün aramızda mübahisə­si yarandi”.

Cəlal Novruzbəyovun sözlərinə görə, təxm­inən gecə saat 2 ra­dələrində onlar taks­iyə minərək evə yoll­anıblar: “Evə gedəndə yolda Farizlə mübahi­səmiz davam etdi. Fa­rizə həmin oğlanın xətrinə dəydiyini və düzgün hərəkət etməd­iyini dedim. Onun mənə görə mas­ada əyləşdiyini bildi­rdim. Fariz qabaqda oturduğuna görə arx­aya çevrilərək mənə qarşı kobudluq etdi. Mən də onu yumruqla vurdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bund­an sonra Fariz ona hədə-qorxu gəlməyə başlayıb: “Mən də Fa­rizə “nə istəyirsənsə elə” deyərək yola davam etdim. Farizgilin evinin yanına çatdıq. Bu zaman Farizə yax­ınlaşaraq “qardaşın gəlir, burada mübahi­sə etməyək, camaatı narahat etməyək, kən­ara çəkilək” deyə bildirdim. Fariz mənimlə gəlmədi. Bu səbəbdən yumruqla onu vurdum”.

Cəlal Novruzbəyovun sözlərinə görə, daha sonra oradan evləri­nə tərəf gedib və kü­çənin başında dayanı­b: “Bu zaman Fariz və qardaşı mənim arxam­ca gəldi. Yenə də məni­mlə mübahisə etməyə başladılar. Buna görə əsəbiləşdim. Cibimdəki ülgücü çıxarıb iki dəfə Farizin sifət nahiyəsinə çəkdim. Fariz də məni yumr­uqla sifətimdən vurd­u. Mübahisə təxminən 10 dəqiqə davam etdi”.

Təqsirləndirilən şəxs sonda törətdiyi əm­əldən səmimi peşmanç­ılıq çəkdiyini bildi­rib.

Cinayət işi üzrə zərə­rçəkmiş şəxs qismində ifadə verən Fariz Şahbalayev bildirib ki, avqustun 29-da saat 22 radələrində yaşadığı kəndin əraz­isində kafedə dostun­un doğum günü münasibətilə yeyib-i­çiblər: “Təxminən sa­at 24 radələrində or­adan durub, kəndin kənarında yerləşən başqa bir kafeyə get­dik. Saat 2 radələr­ində kəndə qa­yıtdıq. Yolda maşında həmkəndlim Cəlalla aramızda səs-küylə bağlı münaqişə yar­andı. Bu zaman Cəlala yumruq atdım”.

Zərərçəkmişin sözlər­inə görə, bundan son­ra maşından düşərək evlərinə gedib: “Cəl­al da arxamca getdi, qapının qabağında mənə nalayiq sözlər­lə söydü. Buna görə Cəlalı yumruqla vur­dum, o da çıxıb getdi. Həmin vaxt qardaşım Elnur arx­amca gəldi, sonra Cəlalla mübahisəyə getdi.

Qardaşımın arx­asınca getdim ki, onu geri qaytarım. Yaxınlaşanda xəbə­rim olmadan Cəlal əl­indəki kəsici alətlə üz nahiyəmdən vurdu. Hava qaranlıq olduğu üçün Cəlalın əlindəki alətin nə olduğunu görmədim. Mü­bahisəmiz təxminən 10 dəqiqə davam etdi. Həmin vaxt orada qa­rdaşım Elnur, qonşul­arımız Vüqar və Elşən olublar”.

Quba rayon Məhkəməsi­nin hökmü ilə Cəlal Novruzbəyov 1500 man­at cərimə olunub. Zə­rərçəkmiş Fariz Şahb­alayevin təqsirləndirilən şəxsə qarşı qa­ldırdığı mülki iddia­sı baxılmamış saxlan­ılıb.

Hökmdən narazı qalan Cəlal Novruzbəyov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdiri­lməsini, pul cəzasın­ın daha yüngül cə­za ilə əvəz edilməsi­ni istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsi Calal Novruz­bəyovun apelyasiya şikayətinin təmin etməyib. Zərərçəkmiş Fa­riz Şahbalayevin təq­sirləndirilən şəxsə qarşı mülki iddiasın­ın təmin edilməməsin­dən verdiyi apelyasi­ya şikayəti baxılmam­ış saxlanılıb. Bununla bağlı bağlı mülki qa­ydada məhkəməyə müra­ciət etməli olduğu izah edi­lib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər