30 Mart 2018 12:51
3 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda kişi şantajla bağlı polisə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini A. H. martın 25-də sosial şəbəkədə bir qadınla tanış olub. Həmin qadın intim münasibətdə olmaq üçün onu M.Qaşqay küçəsindəki evə çağırıb.

A. H. dəvət olunduğu ünvana gedib. O, qadının evinə girəndən bir neçə dəqiqə sonra ora iki nəfər naməlum şəxs gəlib. Həmin şəxslər özlərini qadının əri və qohumu kimi təqdim ediblər, hədələyərək qonaqdan 5000 manat tələb ediblər. Zərərçəkmiş şantaj olunması ilə bağlı 22-ci polis şöbəsinə müraciət edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxslərdən biri qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Həmid Alməmmədov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Əməliyyat-axtarış tədbirləri aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər