11 Avqust 2014 10:17
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl hadisəsi törədilib.

Sabunçu rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Bakıxanov qəsəbəsində baş verib.

Məlumata görə, Bakı şəhər sakini Eliş Abdullayev tanışı Elməddin Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan Elməddin Əliyev hadisə yerində ölüb. Hadisəni törədən həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: