11 Avqust 2014 14:59
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Gəncədə avtomobil oğurluğu ilə məşğul olan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsi əməkdaşları avtomobil oğurluğu edən Elnur Quliyevi həbs edib.

Onun Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Fərman Abdullayevlə birgə cari ilin mart 20-də paytaxtın Xətai rayonunda Rüstəm Soltanova məxsus “VAZ-2107” markalı, aprelin 14-də Yasamal rayonunda Nəcəf Əliyevə məxsus “VAZ-2107” markalı, mayın 12-də Nəsimi rayonunda Elşən Quliyevə məxsus “VAZ-2107” markalı, avtomobilləri qaçırmaları müəyyən edilib. Fərman Abdullayev də həbs edilib.


Müəllif: