13 Avqust 2014 15:13
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com-un bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Gəncə küçəsi Ramil Yusifova məxus mağazdan və evdə qeydə alınıb.

Ev sahibinin bildirdiyinə görə, mağazanın kilidi dəmir parçası ilə sındırılıb. Oğrular buradan yalnız kassadan pul aparıblar.

Bundan sonra isə Ramil Yusifovun evindən oğurluq edilib. Oğrular günorta saatlarında evə daxil olublar. Evdə xeyli axtarış aparan oğrular bütün ev əşyalarını dağıdıblar.

Evdə oğruların apara biləcəyi qiymətli əşya olmayıb. Ev əşyaları isə yerində olduğundan oğruların pul və qiymətli əşya axtarmaları ehtimal edilir.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

Daşqın Abdullayev


Müəllif: