17 İyun 2018 17:39
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda restoranda qanlı cinayət törətməkdə təqsirli bilinən Saleh Şahverdiyevin barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara əsasən, Saleh Şahverdiyevin apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Şahverdiyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, o, 2017-ci il oktyabrın 10-da sərxoş vəziyyətdə “Şamaxinka” adlanan ərazidə “Tantuni Köz dönər” restoranına özü ilə spirtli içki gətirib. Ofisiant Fərid Ağayev ona restoranda spritli içki içməyin qadağan olunduğunu bildirib. Onların arasında mübahisə yaranıb. Saleh Şahverdiyev konyak şüşəsini Fərid Ağayevin başına çırpıb.

Restorandan çıxarılan Saleh Şahverdiyev qapının ağzında onu ayırmağa çalışan Qədir Məmmədova bıçaqla zərbə vurub. Sonra da hadisə yerindən qaçmağa çalışıb.

Bu zaman restorana gələn Alı Aliyev onun qarşısını kəsib. Saleh Şahverdiyev ona da iki bıçaq vurub.
İstintaq orqanı tərəfindən Saleh Şahverdiyevə Cinayət Məcəlləsinin 126.2.4 (sağlamlığa ağır zərbə vurma) və 221.3-cü (xuliqanlıq) addəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər