25 İyun 2018 13:14
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda dələduzluq etməkdə təqsirli bilinən Valeriya Panfilovanın barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Valeriya Panfilova 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətində qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından həbs edilib.

Valeriya Panfilova Nadir Ələkbərov, Nəriman Camalov, Oksana Bojenok və Diana Pavlovanın ümumilikdə 125 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər