3 İyul 2018 12:40
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki Səməd Vurğun parkında istirahət edən Şirvan şəhər sakini Vicay Əmənov naməlum şəxslərin hücumuna məruz qalıb.

Həmin şəxslər Vicay Əmənovu döyərək, 245 manatını əlindən alıblar. Zərərçəkmiş baş verən quldurluq hadisəsi ilə bağlı 22-ci polis şöbəsinə müraciət edib. Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Şərur rayon sakini Faiq Hüseynov və Ağstafa rayon sakini Tofiq İsayev saxlanılıblar.

Araşdırmalar zamanı Tofiq İsayevin borclu şəxs qismində axtarışda olduğu da müəyyən edilib.

Cinayəti törədənlər əvvəllər məhkum olunublar.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər