9 İyul 2018 11:37
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda dələduzluq etməkdə təqsirli bilinən Əhməd Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Əhməd Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Əhməd Quliyev özünü iş adamı kimi təqdim edib və Sumqayıt şəhər sakini Məhburə Hüseynovanı tikdiyi obyektə çıxarış alacağı adı ilə aldadıb.

Əhməd Quliyev qadının 300 min manat pulunu ələ keçirib.

Əhməd Quliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər