11 İyul 2018 07:35
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın qardaşı oğlu Ayk Sərkisyan qətlə cəhd və qanunsuz silah əldə etmə maddələri üzrə ittiham irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, müstəntiq məhkəməyə Aykın barəsində həbs qətimkan tədbiri seçilməsi ərizəsi ilə müraciət edib.

Cinayət işinin materiallarına əsasən, 2007-ci il aprelin 1-də polis bölməsinə İrəvan sakini David Simonyanın xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Həmən gün Artur Gevondyan polisə gələrək evinin yaxınlığında tapança tapdığını və təsadüfən dostu David Simonyana atəş açdığını bildirib.

Cinayət işi açılsa da, tezliklə şikayət edilmədiyi üçün iş dayandırılıb.

Lakin 2018-ci il iyunun 3-də yeni təfərrüat üzə çıxandan sonra Baş prokuror istintaqın yenidən bərpası haqqında qərar qəbul edib.

Müəyyən olunub ki, David Simonyana atəşə Ayk Sərkisyan açıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər