15 İyul 2018 12:10
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində şəxsiyyəti məlum olmayan bir nəfər Beyləqan rayon sakini Qızbəs Quliyevaya zor tətbiq edərək mobil telefonunu alıb.

Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, Nəcmin Ağayev saxlanılıb.

Istintaq araşdırması zamanı məlum olub ki, Nəcmin Ağayev əvvəllər məhkum olunub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov