Bakının Sabunçu rayonunda silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.
Teleqraf.com xəbər verir ki, 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan Rəsul Ələkbərovun evindən “Ortsan” modelli lüləsi və qundağı kəsilmiş tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.