Bakıda taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirli bilinən Özbəkistan vətəndaşı, 26 yaşlı Tərlan Alıyarov, Qusar rayon sakini, 36 yaşlı Radik Həsrətov və Xaçmaz rayon sakini, 26 yaşlı Kamran Nəsrullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Tərlan Alıyarov 9 il, Radik Həsrətov 9 il, Kamran Nəsrullayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Tərlan Alıyarov tanışları Radik Həsənov və Kamran Nəsrullayevlə birgə bu ilin fevralın 25-də, gecə saatlarında “Xırdalan dairəsi” ərazisində “VAZ-21044” markalı taksiyə əyləşərək, onları “Memar Əcəmi” meyro stansiyası tərəfə aparmağı xahiş ediblər.
Aralarındakı razılığıa əsasən, Tərlan Alıyarov bıçağı sürücünün boğazına dirəyərək, ondan pulları verməyi tələb edib.
Avtomobilin sürücüsü Kamran Nəsrullayevə məxsus mobil telefonu və pulları onun əlindən alaraq hadisə yerindən qaçıblar.