20 İyul 2018 13:35
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirli bilinən Samir Abbasovun cinayət içi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Samir Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Samir Abbasov Azər Cəlilovu siqaret alveri etmək adı ilə aldadıb və onun 112 min manatını ələ keçirib.

Daha sonra o, Xalidə Quliyeva və Ayrən Quliyevanı da eyni üsulla aldadıb.

Məlum olub ki, Samir Abbasovun zərərçəkmiş Ayrən Quliyeva ilə bir məktəbdə təhsil alıb, münasibətləri də oradan yaranıb.

Məhkəmədə məlum olub ki, Samir Abbasov zərərçəkmiş Ayrən Quliyeva ilə ailə həyatı quracaqmış.

Samir Abbasov boşandıqdan sonra Ayrən Quliyeva ilə evlənəcəyinə dair vəd verib.

Hətta bu məqsədlə Ayrən Quliyevanın anası ilə də tanış olub.

Istintaq orqanı tərəfindən Samir Abbasovun barəsində Cinayət Məcələsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər