Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 1-ci Alatava küçəsində Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Ədalət Həmidov naməlum şəxslə əlbəyaxa dava edib.
Nəticədə o bıçaqlanıb.
Ədalət Həmidov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı 29-cu polis şöbəsində araşdırma başlanıb.
Məlum olub ki, Murad adlı şəxs Ədalət Həmidova bıçaqla xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Murad Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.