Bakıda dələduzluqda təqsirləndirilən İmişli rayon sakini, 1971-ci il təvəllüdlü Vəfa Osmanlının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Vəfa Osmanlının apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Növbəti proses avqustun 9-da davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəfa Osmanlı 8 il müddətinə azadlıqdan məhrum edilib.
Vəfa Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olunur.
O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, onların ümumilikdə 1 milyon manata yaxşın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. İş üzrə zərərçəkmiş qismində tanınaların bir neçəsi müəllim işləyir.
O, ümumilikdə 1 milyon manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.
Vəfa Osmanlının barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
O əvvəllər Azərbaycan İqtisad Universitetində tyutor vəzifəsində çalışıb.