Goranboy rayonunda silahlı insident baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.
Kənd sakini, 1983-cüil təvəllüdlü Emil Rəfiyev naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində güllələnib.
Emil Rəfiyev ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlum olub ki, hadisə ehtiyatsızlıqdan baş verib.
Belə ki, Emil Rəfiyev özünə məxsus qarğıdalı sahəsində olan itləri qovmaq üçün tüfəngdən atəş açıb.
Bu zaman açılan güllə onun özünə dəyib.
Faktla bağlı araşdırma aparılır.