20 Avqust 2014 11:53
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Mirzə İmamverdiyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Mirzə İmamverdiyev bu ilin fevralın 4-də Pirşağı qəsəbəsi H.Əliyev küçəsində yaşayan Elvin Məhərrəmov bıçaqlayıb. Elvin Məhərrəmov 3 saylı xəstəxanada müalicə alıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Mirzə İmamverdiyev tutulub. Mirzə İmamverdiyev əvvəllər məhkum olunub.

Araşdırmalar zamanı məlum olub ki, Mirzə İmamverdiyev Elnur Məhərrəmovun evinə qonaq gəlib. Həmin şəxslər arasında mübahisə baş verib. Mübahisə zamanı qanlı cinayət baş verib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Mirzə İmamverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər