11 Sentyabr 2018 10:16
2 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Cəlilabad rayonunda baş verən oğurluq hadisəsi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, Cəlilabad sakini Arif İbişov rayon polis şöbəsinə müraciət edərək yaşadığı Göytəpə şəhərindəki evindən avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Salmanov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırma zamanı müəyyən edilib ki, Şəhriyar Salmanova qeyd edilən cinayəti törətməkdə ev sahibinin azyaşlı oğlu yaxından kömək edib. Uşaq Şəhriyar Salmanova evdə olmadıqları vaxtı və qızılların yerini söyləyib.

Həmçinin istintaq müəyyən edib ki, ev sahibinin oğlu hadisə günü mənzilin pəncərələrindən birini də qəsdən açıq saxlayaraq oğrunun evə daxil olmasına şərait yaradıb.

Saxlanılan şəxs qızılları əldə edəndən sonra Bakı şəhərinə gətirərək satıb.

Istintaqa ifadə verən Şəhriyar Salmanov bildirib ki, qızılları paytaxtda yerləşən “Moskva” univermağında satıb: “Qızılın qramını 37 manatdan verdim, ümumilikdə 10 min 700 manat pul aldım”.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər