11 Sentyabr 2018 16:27
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Anar İsmayılovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Onun barəsində 1 il sınaq müddəti təyin edilməklə, cəzası şərti hesab edilib, seçilmiş həbs qətimkan tədbiri dəyişidirilib. Anar ismayılov məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə onun zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb.

Anar İsmayılov Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilib. O, tanşının 30 manat pulunu ələ keçirməkdə təqsirli bilinib.

Anar İsmayılov idmançıdır. 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyaniyada keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər