Bakının Binəqədi rayonunda sərnişin avtobuslarında cibgirik etməkdə təqsirli bilinən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, avqustun 19-da 158 saylı xətt avtobusunda Bakı şəhər sakini Əliniyaz Əliyevin cibindən 170 manatı oğurlanıb. 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Bahəddin İmanverdiyev tutulub. Ondan 0,276 qram heroin götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov