20 Sentyabr 2018 11:00
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qızıl alverçilərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Yasəmən Nəcəfovanın apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi prosesdə qərar elan edilib.

Qərara görə, Yasəmən Nəcəfovanın apelyasiya şikayəti təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yasəmən Nəcəfovanın barəsində şərti cəza seçilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan qadın apelyasiya şikayəti verib və barəsində bərəat hökmünün çıxarılmasını istəyib.

Yasəmən Nəcəfova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.

İttihama görə, Yasəmən Nəcəfova qızıl alveri ilə məşğul olan Bakı şəhər sakinləri - Naibə Həsənova və Gülnarə Cəlalovanın şikayəti əsasında həbs edilib.

İstintaq müəyyən edib ki, Yasəmən Nəcəfova Naibə Həsənovadan 15 min manat, Gülnarə Cəlalovadan isə 53 min manat dəyərində qızıl-zinət əşyaları alıb.

Bundan 3 il müddət keçsə də, Yasəmən Nəcəfova hər iki qadına məxsus qızılların pulunu ödəməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər