Bakının Xətai rayonunda mənzildən oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi Nobel prospekti 8, mənzil 1-dən baş verib. Bakı şəhər sakini Həsən Məmmədovun evindən 62 min manat və külli miqdarda qızıl əşyaları oğurlanıb. Ev sahibi oğurluq hadisəsinin baş verməsi ilə bağlı 37-ci polis bölməsinə şikayət edib.
Hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov